04 avqust 2022 12:19
777

Çağların yerinə "Teşkilat"da o rol alacaq

Hazırda mövsüm finalına ayrılan "Teşkilat" serialının çəkiliş heyətində dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, ekran işinin baş rollarından birini ifa edən aktyor Çağlar Ərtuğrulun yerinə kimin rol alacağı bəlli olub. Belə ki, layihədə aktyor Avatar Atakan yer alacaq.

Qeyd edək ki, Çağlar serialda "Serdar" obrazına həyat verirdi. O, şirkətin verilən sözlərə əməl etmədiyini bildirərək layihədən ayrıldığını açıqlayıb.