04 avqust 2022 22:02
887

Pınar Deniz dəyişdi - FOTO

Türkiyəli aktrisa Pınar Deniz imicində dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, aktrisa qara saçlarını kürən rənginə boyayıb. O, instaqram hesabında fotosunu paylaşaraq "Tapın görək mən kiməm" deyə, izləyicilərə sual ünvanlayıb.

Onun bu dəyişikliyinin yeni layihəsi ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, hazırda Pınar "Yarqı" serialında Ceylin obrazını canlandırır.