04 avqust 2022 23:58
771

Üç uşaq anası Rusiya gözəli seçildi - FOTO

Moskvadan olan 40 yaşlı Nina Bannaya "Miss Rusiya 2022" seçilib.

“İki sahil” xəbər verir ki, müsabiqəyə ümumilikdə ölkənin hər yerindən 25 xanım iştirakçı qatılıb. Onların ən gəncinin 21, ən yaşlısının isə 64 yaşı olub.

Nina evlidir. Onun 16, 15 və 11 yaşlarında üç övladı var. O, 3 uşağının olmasına baxmayaraq formada qalmasını idman, yoqa ilə məşğul olmağa və özünü sevməsinə borclu olduğunu bildirib.