05 avqust 2022 22:48
467

Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır.Ancaq Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə  öz məkirli niyyətlərini ortaya qoyurlar.Bəlkə də Dəmir yumruğun təsirindən hələ də ayılmayıblar. Əslində Ermənistan cəmiyyəti  müharibə istəmir, çünki onun nəticələrindən qorxur.Ermənistanın indiki rəhbərliyi hakimiyyət sevdasına görə xalqını qırğına vermək istəyir.Bu mənzərə bizə heç də yad deyil.1990-cı illər də Azərbaycanda da bu düşüncəyə mənsub dırnaqarası siyasətçilər mövcud idi. Əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün güclü və qüdrətli Azərbaycan dövləti olmazdı.
 
Bu gün yeni geosiyasi durumu formalaşdıran ən vacib amillərdən biri müharibədən sonrakı tənzimlənmə və əməkdaşlıqdır. Bölgədəki siyasi və təhlükəsizlik işbirliyi ilə yanaşı, iqtisadi məsələlərdə də işbirliyi önəmlidir. Həm qaz, həm dəmir yolunun, həm də digər kommunikasiyaların açılması Azərbaycanın inkişafı baxımından önəmlidir.Ancaq sərhəddəki insidentlər bir daha  göstərdi ki, Ermənistan 10 noyabr bəyənatında öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu isə o deməkdir ki, lokal toqquşmalar müharibə qaçılmazdır.Onlar həm də unutmamalıdır ki, Prezident İlham Əliyev sözü ilə əməli üst-üstə düşən liderdir. Əgər dövlətimizin başçısı deyirsə ki, gec-tez bizim şərtləri qəbul edəcəklər, deməli, Ermənistan üçün başqa çıxış yolu yoxdur. Dövlət başçısı bir çox çıxışlarında açıq şəkildə bildirib ki, Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır. Biz bölgədə daimi sülhü yaratmaq üçün addımlar atırıq. Ermənistan da bu prosesdə öz revanşist iddialarına son qoyaraq , üçtərəfli bəyanatda nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirməlidir. Çünki sülhün yaradacağı reallıqlar Ermənistanın da maraqlarına uyğundur.İttiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verməyəcək. Ermənistan hakimiyyəti ağlını başına yığmalı və mümkün qədər tez Cənubi Qafqazdakı problemlərin deyil, həll yollarının bir hissəsi olmağı öyrənməlidir.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri