05 avqust 2022 22:19
466

Rusiya və Türkiyə liderləri Suriyada terrora qarşı mübarizədə həmrəy olduqlarını təsdiqləyiblər

Türkiyə və Rusiya Suriyada qalıcı həllə nail olmaq üçün siyasi prosesin irəlilədilməsinə əhəmiyyət verir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə və Rusiya liderlərinin Soçidəki görüşünün nəticələrinə dair ortaq açıqlamada deyilir.

Qeyd olunub ki, liderlər Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və koordinasiya içində hərəkət etmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

Bundan əlavə, sənəddə iki ölkə arasında konstruktiv əlaqələrin Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair İstanbul sazişinin əldə olunmasında rol oynadığı təsdiqlənib.

“İki lider Rusiyanın taxıl, gübrə və gübrə istehsalı üçün lazım olan xammalın fasiləsiz ixracı da daxil olmaqla, İstanbul razılaşmasının hərf və ruhuna uyğun olaraq tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. Liderlər nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmağa razılaşıblar”,- deyə bəyanatda bildirilib.