“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.
Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt” FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.