Tədbirdə çıxış edən Media İnkişaf Mərkəzinin rəhbəri Qabil Abbasoğlu bildirib ki, bu gün dayanıqlı şəhərsalma, mənzil əlçatanlığı və iqlim dəyişikliyi media gündəliyinin əsas mövzularındandır. Medianın rolu yalnız məlumatlandırmaq deyil, həm də ictimai məsuliyyət və iştirakçılığı təşviq etməkdir./: "Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji və müasir şəhərsalma həlləri bu baxımdan əhəmiyyətli nümunədir".
Təşkilat sədri bildirib ki, media inklüziv urbanizasiya, yaşıl infrastruktur və davamlı inkişaf siyasətinin təşviqində mühüm rol oynayır. Bu məqsədlə regional media əməkdaşlığının yaradılması urban maarifləndirməni və sosial məsuliyyət yanaşmasını daha da gücləndirə bilər.
Konfransda Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev, Milli Məclisin deputatı Nigar Arpadarai, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının direktoru Şəfəq Mehrəliyeva,Medianın İnkişafı Agentliyinin departament rəhbəri Rasim Bağırov, “Ikua4change” təşkilatının həmtəsisçisi, İctimai İdarəçilik və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith (Peru), Beynəlxalq İqlim Dəyişikliklərinin İnkişafı İnstitutunun direktoru Olumide Idowuu Emmanuel (Nigeria), "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev çıxış ediblər.
Çıxışçılar dayanıqlı şəhər quruculuğu və mənzil əlçatanlığı mövzusunda medianın əhəmiyyətli rolunu vurğulayıblar.
Orxan Vahidoğlu, “İki sahil”