08 avqust 2022 22:52
756

Ölkəmizin uğurları artdıqca, radikal müxalifətin narahatlığı artır

Son zamanlar baş verən hadisələr bir daha radikal müxalifətin əsl simasını və xislətini ortaya qoymuş oldu.  Xalq tərəfindən heç bir dəstəyi olmayan, anti-Azərbaycan qüvvələrin tapşırıqlarını yerinə yetirən radikal müxalifət ünsürlərinin əsas fəaliyyəti baş vermiş hər bir hadisəni şişirdərək öz mənafei üçün istifadə etməkdən ibarətdir. Xalq tərəfindən tamamilə boykot olunmuş radikal müxalifət nümayəndələri indiyə qədər bir dəfə də olsa hansısa bir inkşaf proqramı ilə çıxış etməyib.Ölkəmizin uğurları artdıqca radikal müxalifət nümayəndələrinin də narahatlıqları artır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qarabağda erməni terrorçularına qarşı keçirilən "Qisas" əməliyyatından sonra müxalifətin növbəti biabırçılığının və kimlərə xidmət etdiyinin növbəti dəfə şahidi olduq. Hər zaman olduğu kimi qazandığımız qələbələri həzm edə bilməyən, radikal müxalifət uğurlarımıza kölgə salmaq üçün hər cür yola, təxribata əl atdılar. Lakin bu dəfə də radikal müxalifətin şou yaratmaq cəhdləri fiaskoya uğradı və uğursuzluqla nəticələndi:

“Bu gün Azərbaycanda çox güclü xalq-iqtidar birliyi mövcuddur. Qələbələrimizin əsası olan bu birlik günü-gündən inkşaf edir və daha da sıxlaşır. Xalq-iqtidar birliyi, düşmənlərimizə göz dağı və bütün təxribatlara əsl cavabdır! Yaşasın xalq-iqtidar birliyi! Birliyimiz əbədidir!”