13 avqust 2022 03:15
560

Vətəndaşların problemləri yerindəcə həll olunub

Yardımlı RİH başçısı Ayaz Əsgərov Ərsilə kəndində keçirilən səyyar qəbul-görüşə   Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı. İcra başçısı kənd sakinlərin qarşısında çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibəsində qazandığımız şanlı qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halına  yönəlmiş dövlət qərarları,  rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri haqqında söhbət açdı.

Vətəndaşlardan danışanlar   ölkəmizdə, eləcə də rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlığını  bildirdilər, subartezian quyusunun qazılması, kənd daxili yolların təmiri, telefon və internet xətti ilə təminatı rəhbərlikdən xahiş etdilər. Sakinləri fərdi qaydada dinləyən  başçı Ayaz Əsgərov onları  narahat edən bir sıra məsələlərə aydınlıq gətirdi,  həlli mümkün müraciətlər yerindəcə həll olundu,  vaxt tələb edənlərin isə həlli istiqamətində onunla birgə səyyar qəbul-görüşə qatılan əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü