13 avqust 2022 09:13
458

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək

ABŞ hakimiyyəti Avropaya daha 260 hərbçi göndərəcək.

"İki sahil" xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.

"ABŞ Ordusu bu gün Avropa və NATO müttəfiqlərimizi dəstəkləmək üçün 101-ci Diviziya Briqadası Qərargahının Kentukki ştatının Fort-Kempbell şəhərindən payızda göndərəlicəyini elan edib. Təxminən 260 hərbçidən ibarət kontingent göndəriləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hərbçilərin göndərilməsi müvəqqəti olacaq. Dəqiq tarix və istiqaməti bildirilmir.