Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Şuşa İli” çərçivəsində tədbirlər həyata keçirilir.
Mərkəzin “3D” kinozalında nümayiş olunan “Şuşa, sən azadsan!” sənədli də məhz bu tədbirlərdən biri idi. Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak ediblər.
Filmdə Şuşa əməliyyatını həyata keçirən milli ordumuzun cəsur əsgər və zabitlərin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman Xüsusi təyinatlıların keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
Məlumat üçün bildirək ki, “Şuşa, sən azadsan!” filminin rejissoru C. Şərifov, prodüserləri N. Hüseynov və O. Əliyevdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü