18 avqust 2022 12:11
1206

Anam istəmirdi ki, ailə qurum - Həmidə Ömərova

“Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarı təkcə işim deyildi, həm də anam idi”.

“İki sahil” xəbər verir ki,  bu sözləri Xalq artisti Həmidə Ömərova “O üz” proqramında deyib.

Aktrisa anasının onun ərə getməsinə qarşı olduğunu bildirib: “Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, “Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O, aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz”. Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim”.