06 sentyabr 2022 19:04
468

Sinişa Mixayloviç istefaya göndərilib

İtaliya "Bolonya"sının baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. "Bolonya" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən 53 yaşlı baş məşqçi 2019-cu ildən İtaliya klubuna rəhbərlik edirdi.