22 sentyabr 2022 23:04
283

Millətlər Liqası: Slovakiya - Azərbaycan matçı başlayıb

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.

“İki sahil” xəbər verir ki,  Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, bu qrupun digər oyununda Qazaxıstan evdə Belarusa 2:1 hesabı ilə qalib gələrək, sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib.