04 oktyabr 2022 18:00
413

Qəribə səslənsə də faktdır... - FOTO

Aşağıda təqdim etdiklərimiz  qəribə səslənsə də  faktdır.

İsveçrədə seçkilər necə keçirilir?

İsveçrədə prezident hər il dəyişilir. Digər ölkələrlə müqayisəqə burada prezident daha az səlahiyyətə sahibdir.

Makedoniyalı İskəndər 70 -dən çox şəhərə öz adını vermişdi

İlk baxışdan qəribə görünsə də unutmayaq ki, Makedoniyalı İskəndər Yer kürəsinin 5 milyon kvadrat kilometrdən çox hissəsini fəth edən bir insandır və o, bütün bunları 30 yaşına qədər edib.

Ən çox piramidalar haradadır?

Çox maraqlı faktlardan biri də odur ki, Sudanda piramidaların sayı Misirdəki piramidaların sayından daha çoxdur. Tarixçilərin qeydlərinə görə, Misirdə 138, Sudanda isə 255 piramida aşkar edilib.

Albert Enşteyn İsrailin prezidenti olmaqdan imtina etdi

Eynşteyn İsrail vətəndaşı olmasa da, yəhudi idi. Alman əsilli  fizikə prezidentlik kürsüsü  təklif edilsə də, lakin o, 1952 -ci ildə bu təklifi  rədd edib. Onun sözlərinə görə, İsrail dövlətindən  gələn bu təklif onu  çox təsirləndirib və eyni zamanda,bu təklifi  qəbul edə bilmədiyi üçün  çox üzülüb. Enşteyn, həmçinin qeyd edib ki, o, həyatı  boyu obyektiv şeylərlə məşğul olub, buna görə də insanlarla ünsiyyət qurmaq və rəsmi funksiyaları yerinə yetirmək baxımdan onun nə qabiliyyəti, nədə ki,  təcrübəsi var.

Buxarestdə parlament binasının tikintisi haqqında

Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki,ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.

Böyük London yanğınında yalnız 6 nəfər ölüb

1666-cı ildə  bir sobada başlayan yanğın bütün Londona böyük ziyan vurdu. Ancaq 13.500 -dən çox binanın dağıdılmasına və 80 min insanın məcburi təxliyəsinə baxmayaraq, xoşbəxtlikdən yalnız 6 nəfərin həyatını aldı.

Ən çox kitab oxuyan ölkə hansıdır?

Qəribə səslənsə də, lakin dünyada ən çox kitab oxuyan ölkə Hindistandır. Demək olar ki,  burada insanlar gündəlik  orta hesabla 10 saat 42 dəqiqə kitab  oxuyurlar. Bu göstəricilər bir çox öndə olan ölkələri geridə qoyur.

Azadlıq heykəlinin əsl rəngi necə olub?

Sən  demə,  ABŞ-də ucaldılan Azadlıq heykəlinin əsl rəngi parlaq mis rəngi olub. Uzun illər ərzində oksidləşmə nəticəsində heykəl yaşıl olub.

İslandiya tarixin ən qədim parlamentinə sahibdir

İslandiyada 930-cu ildə yaranan "Althingi"adlı  parlament dünyanın ən qədim parlamenti adını qazandı.

Ən çox istifadə olunan odlu silah patronlarının yaranması

7.62 mm-lik patron 130 il əvvəl yaradılıb. Bu tip patronlar  "AK47"  avtomatlarında istifadə olunur. Qeyd edək ki,  bu patron 1891 -ci ildə Rusiya İmperiyası tərəfindən  əvvəlcə Mosin tüfəngi üçün hazırlanmışdı və hal-hazırda istifadə olunmaqdadır. Tarixdə ən çox yayılmış odlu silah patronlarından biridir.

Ümumdünya cazibə qanununun icadı

Məşhur ingilis fiziki İsaak Nyutonun icad etdiyi cazibə qanununa görə təbiətdə olan bütün cisimlər bir-birini qarşılıqlı olaraq cəzb edirlər. Lakin cazibə qanunu ilə bağlı uzun illər ərzində söylənilən və ən əsası düzgün olmayan bu məlumatı mütləq qeyd etmək lazımdır.  Deyilənlərə görə, məşhur fizikin  bu qanunu icad etməsinə yardımçı olan  başına düşən alma olub. Lakin bu məlumatlar doğru deyil. Əslində ağacın altında oturan fizikin alma başına deyil, sadəcə yanına düşərək parlaq bir fikrin yaranmasına səbəb olub.

Abraham Linkoln güləş üzrə  çempion olub

Abraham Linkoln Amerikanın 16 -cı prezidenti olmamışdan əvvəl həvəskar  bir döyüşçü olub. Deyilənlərə görə o, 300 döyüşdən yalnız birində məğlub olub.

Çingiz xanın dəfn olduğu yer hardadır?

Deyilənlərə görə, Çingiz xanın dəfn yerinin bilinməməsi üçün bütün yas iştirakçıları öldürülmüşdü. Çox maraqlıdır ki,  Çingiz xanın ölümündən sonra 8 əsr keçsə də lakin onun məzarının yeri hələ də bilinmir.

Yer kürəsinə ən çox bənzəyən planet

2000-ci ilin aprel ayında kəşf edilən Kepler-1649c adlanan planet Yer kürəsinə ən çox oxşayan planetlər arasında birincidir. Bu planet yerdən 300 işıq ili uzaqdadır.

Napaleon Vaterloo döyüşü zamanı niyə yatıb qalmışdı?

Napaleon Bonopartı hamımız yaxşı tanıyırıq. Onun dünya fatehi olduğunu da söyləmək olar. Amma heç kim inanmaz ki, Napaleon kimi sərkərdə Fransa üçün önəmli olan Vaterloo döyüşündə yatıb qalmışdı. Bəli, bu bir tarixi faktdır. Bunun səbəbi isə o idi ki, Napaleon hemoroydan əziyyət çəkirdi və o siptomatik müalicə alırdı. Ona ağrıkəsici verilirdi və bu dərman da ona yuxu gətirirdi. Napaleon döyüşdən əvvəl yatır və heç kim döyüşün kritik anına qədər onu oyatmağa cürət etməzdi.

Avstraliyanı əslində kim kəşf edib?

1770-ci ilə kimi Ceym Kukdan əvvəl hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah kimi tarixə imzasını atıb.

Bu kənddə maşın yolu yoxdur

Hollandiyanın “Qithorn” kəndində maşın yolu yoxdur. Burada insanlar mağazaya və yaxud  bir-birinin evinə qonaq getmək üçün yalnız qayıqdan istifadə edirdilər. Bu qeyri-adi kəndi “ Hollandiyanın Venetsiyası”da adlandırırlar.

Tarixin ən uzun çəkən müharibəsi

1651-ci ildə başlayan tarixin ən uzun müharibəsi Hollandiya ilə Şili  Adaları arasında yaşandı. Həmin müharibə təxminən 335 il davam etdi. 1986 -cı ildə müharibə bitdi və nəhayət,  sülh müqaviləsi imzalandı.

Pencəyin qoluna vurulan düymənin maraqlı tarixçəsi

Pencəklərin qoluna tikilən 3 düymənin maraqlı bir tarixçəsi var. Bu, Napaleon Bonopartın adı ilə bağlıdır. Soyuqlamış əsgərlər burunlarını qollarına silməsinlər deyə imperator onların hərbi geyimlərinin qoluna düymələrin tikilməsini əmr etmişdi.

Eyfel qülləsinin şəkillərini axşam çəkmək üçün nə etməli?

Eyfel qülləsinin şəkillərini bir xatirə olaraq çəkmək istəyirsinizsə, "SETE"dən yazılı icazə almalısınız. Qeyd edək ki, gecə vaxtı gizli şəkildə qüllənin şəklini çəkib sosial media səhifənizdə paylaşsanız, Fransa qanunlarını pozmuş olursunuz.

"Şauşenqdən qaçış" filmi “ Oscar” mükafatına layiq görülməyib

10 ilə yaxındır ki, "250 ən yaxşı film" siyahısında ilk yerləri tutan "Şauşenqdən qaçış" filmi ("IMDb"yə və "Kino poisk"a görə)   "Oscar"  mükafatına 7 dəfə namizəd göstərilməsinə baxmayaraq , onu əldə edə bilmədi.

Dünyanın ən bahalı şirkəti

Səudiyyə Ərəbistanına məxsus neft şirkəti “Aramco” dünyanın ən bahalı şirkəti seçilərək “Apple” şirkətini geridə qoyub.  “Aramco” nun dəyərinin 7 trilyon dollar arasında olduğu hesab edilir.Qeyd edək ki, şirkətin baş qərargahı Dəhran şəhərində yerləşir.

Samirə Tağıyeva, “İki sahil”