25 oktyabr 2022 11:05
526

Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğalçılardan azad olundu.

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.  Bura səfər edənlər Qubadlının gözəl təbiətindən ürəkdolusu danışırlar. Bu yerlər yaxın gələcəkdə turistlər üçün cazibədar olacaq.28 il ərzində erməni vandalizmi nəticəsində burada bir çox turistik məkanlarımız viran edilib. Onlar tezliklə bərpa ediləcək. Cənab Prezident də bildirdi ki, biz Qubadlı rayonunun bütün kəndlərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim olunacaq. O cümlədən, Qubadlı ictimaiyyətinə təqdim olunacaqdır. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.Qubadlıda turizmin inkişafı üçün kifayət qədər tarixi-mədəni obyekt var. XIX əsrə aid olan məşhur Hacı Bədəl körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, Məmər kəndində ХVIII əsrə aid tarixi məscid, Dondarlı və Dəmirçilər kəndlərindəki məscidlər, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik Gürcülü türbəsi, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqları, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən qoç heykəllər və qəbir daşları, V əsrə aid Göy qala, Qalalı kimi qədim tikililər mövcuddur. Baxmayaraq ki, onların böyük bir qismi ermənilər tərəfindən dağıdılıb, tezliklə bərpa edilib, istifadəyə veriləcək.2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.Dördzolaqlı yol. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı