Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsi dövründə Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəmanımız Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir. Müzəffər Azərbaycan Ordusu Qubadlıdan sonra da öz Zəfər yürüşünü, şərəfli missiyasını davam etdirdi.
Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və biz işğaldan azad edilmiş bütün rayonlarımızı eləcə də Qubadlını yenidən qururuq. Qubadlıya həyat yenidən qayıdır.
Biz Qubadlıya əbədiyyən qayıtmışıq. Bu gün Qubadlıda və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq.
Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Yük maşınları dəmir yollarına, avtomobillər elektrikə – Azərbaycanın yeni planı
Üçrəngli bayrağımız milli qürurumuzun, müstəqilliyimizin və dövlət suverenliyimizin rəmzidir
Azərbaycan Bayrağı beynəlxalq arenada müstəqil və güclü dövlətin rəmzi kimi tanınır