Ulu öndər Heydər Əliyevin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyası tarixində yeni bir mərhələnin açılmasıdır. Güclü, nüfuzlu, qətiyyətli, milli maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan siyasət yürüdən liderlər-Ümummilli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin strateji fəaliyyəti sayəsində Azərbaycanın adı nüfuzlu dövlətlər sırasında çəkilməyə başlanmış, üçrəngli bayrağımız qələbə zirvəsində qürurla və əzəmətlə dalğalanmış, qalib dövlətin vətəndaşları- müzəffər xalqın nümayəndələri olmaq milli qürurunu yaşamışıq.
2020-ci il 27 sentyabr Vətən Müharibəsi başlayan andan etibarən hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşdi. Biz atəşkəs rejiminin yaratdığı imkanlardan faydalanaraq özümüzü inkişaf etdirdik, misilsiz sosial iqtisad nailiyyətlər qazandıq, dünyaya açıldıq, informasiya cəbhəsində də rəqibi üstələməyi bacardıq, eyni zamanda yüksək təminatlı bir ordu formalaşdırdıq. Düşmən öz acizliyini, zəifliyini başına ələnən od-alovla, qovulduğu kəndlə, rayonla, şəhərlə, yüksəkliklərlə verdiyi saysız-hesabsız itkilərlə anladı. Bu göründüyü qədər də asan məslə deyil. Bu 44 günlük müharibə və Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində bütün dünya gücümüzü gördü və anladı. Biz öz torpaqlarımız uğrunda savaşdıq, can verdik və şəhid oduq.
Məlum olduğu kimi işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübut edən Ermənistan bir an belə olsa bu çirkin niyyətindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görülməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi , əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər etmişdir. Hər bir tarixi , mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa süni şəkildə erməniləşdirməyə çalışmışdır.
Bəlkədə ikinci dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi darmadağın edilmişdir. 30 ilə yaxın idi ki, işğal altında olan Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xorosiması” adlandırıblar.
Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan ordusu orada bayrağımızı dalğalanırmağa bir dənə də olsun tikili tapa bilməyib. Bu sözləri ilə cənab İlham Əliyev çıxışı zamanı erməni vandallarının törətdikləri vəhşiliyin və vandalizmin, dağıntıların tam miqyasını diqqətə çatdırmışdır.
İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşməsi məqsədilə “Zəfər yolu” adlandırılan yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Yolun təməli Ali Baş Komandanın ötən ilin noyabrında Füzuli səfəri zamanı qoyulub. “Zəfər yolu” şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir.
Ali Baş Komandanımız cənab İlham Əliyevin tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmasını həyata keçirilir və Qarabağda yenidən həyat canlanır. İşğaldan azad olunmuş Füzuli və Zəngilan şəhərlərində qısa müddət ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa edilib. Hava limanı bu şəhərləri beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.
Azərbaycan hər sahədə böyük və təkmil təcrübəsi ilə dünyaya nümunə olaraq yeni uğurlara doğru addımlayır.
Azərbaycanın “Dəmir yumruq “ əməliyyatı dünyaya səs saldı. Bugün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycaın müstəqilliyi əbədidir, dönməzdir. Ərazi bütövlüyümüz təmin olunub, milli qürururumuz, kimliyimiz özümüzə qayıdıb.
Ali Baş Komandanımız cənab İlham Əliyevin və Müzəffər ordumuzun sayəsində ərazi bütövlüyümüz bərpa ediilib. Qarabağa böyük qayıdışı bu torpaqlar uğrunda canlarından keçən Şəhidlərimizə borcluyuq və onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin məzarları əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir və aldığımız hər nəfəs onların verdiyi son nəfəsə borcludur.
Hörmətli Prezidentimizin qətiyyətli addımı sayəsində bugün biz torpaqlarımıza qovuşmuşuq. Biz gənclər daim onun yanındayıq və siyasətini hər zaman dəstəkləyirik.
Həsən Ağayev,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı