08 noyabr 2022 19:46
549

44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi

Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan tərəfi hər zaman beynəlxalq təşkilatların vasitəçiliyinə hörmətlə yanaşmışdır. Lakin hadisələrin uzanması, 30 ilə yaxın davam edən erməni yalanları və cəzasızlıqlarına arxalanaraq daha da azğınlaşması bu münaqişənin danışıqlar yolu ilə həlli ümidlərini azaldırdı. 2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində yeni təxribatı zamanı general-mayor Polad Həşimovla birgə şəhidlər verməyimiz müharibə zərurətini reallaşdırdı. Ermənilər bu illər ərzində təkcə hərbi obyektləri deyil, mülkü şəxsləri də hədəfə alırdı. 27 sentyabırda növbəti təxribatın ardından Azərbaycan xalqının illərlə gözlədiyi irimiqyaslı hərbi əməliyyatlar başladı. 44 gün sürən Vətən müharibəsində ordumuz fədakarlığı, peşəkarlığı ilə dünya hərb tarixində öz sözünü deməyi bacardı. Xalqımız arxa cəbhədə ordumuza dəstək olaraq hər kəsə örnək birlik nümayiş etdirdi. 30 ildə etdiyi vəhşilklərin, işğalçılığın cəzasız qaldığına arxalanan Ermənistan hər zaman olduğu kimi özünü qurban kimi göstərməyinə, tərəfdaşlar axtarmağına baxmayaraq, Azərbaycanla hərb meydanında üzbəüz  qaldı və sonda Azərbaycanın hərbi gücü qarşısında təslim oldu. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Azərbaycanın Vətən müharibəsi dünya mətbuatının əsas mövzularından biri oldu.

2020-ci il 10 noyabr tarixi hər birimizin unutmayacağı gündür. Gecə saatlarında cənab Prezident İlham Əliyevin xalqa növbəti müraciəti 30 illik münaqişənin bitməsi xəbəri idi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Videokonfrans vasitəsilə bəyanatın imzalanmasında Ermənistan tərəfi əvvəl iştiraka razılıq versə də, son anda iştiraksız imzaladı. Bu bəyanat Ermənistanın rəsmən məğlubiyyətini etiraf etməsi və hərbi kapitulyasiyası aktı idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”

Azərbaycan bu qələbəni döyüş meydanında 300-ə yaxın yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhələrini, Hadrut, Suqovuşan və digər qəsəbələrini azad edərək qazandı. Şanlı Qələbəmizin nəticəsi sayılan 9 bənddən ibarət üçtərəfli bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən, siyasi yollarla qaytarıldı. Bu 30 ildə 15 minə yaxın şəhid verdik, minlərlə soydaşımız itkin düşdü, 1 milyon azərbaycanlı torpağından didərgin düşdü. Yurd-yuvalarının niskililə yüzlərlə qarabağlı dünyasını dəyişdi. Şanlı Qələbəmizlə bunlara son qoyuldu. Müzəffər Ordumuz tərəfindən döyüş meydanında şəhidlərimizin, itkinlərimizin, Xocalı soyqırımının qanı alındı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 noyabır çıxışında demişdir: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri