22 noyabr 2022 14:50
11046

Ermənistanın hərbi cinayətləri

Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi.Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi.Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi,mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə - iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu.Nəticəsində bizdə itkilər olmuşdur.Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi.Bu təxribat qrupu da zərərsizləşdirildi;Rəsmi İrəvan hərbi cinayətkardır.Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular.Gəncə,Bərdə,Ağdam,Goranboy,Naftalan,Tərtər,Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür.Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər.Öz yaxınlarını,qohumlarını,əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik.Ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir,mənfəət gətirmədi,sadəcə olaraq,dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər.

Əlbətdə ki,bütün bu deyilənlər dünyanın gözü qarşısında baş verən hadisələr idi.İstər müxtəlif beynəlxalq masalarda Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparılan zamanlar olsun,istər II Qarabağ müharibəsinin gedişində Moskvada başlanmış xarici işlər nazirləri formatında keçən danışıqlarda atəşkəs haqqında razılaşma əldə olunanda-yəni,bütün bu mərhələlərdə Ermənistan təcavüzkar siyasətini davam etdirirdi.Beynəlxalq normalara məhəl qoymadan atəşkəsi uzun illər pozmaqda davam etdi.Danışıqlar prosesinə xələl gətirdi və həmişə də bütün günahları Azərbaycanın üstünə atmağa çalışdı.Ən sonuncu atəşkəs razılaşmasının da mürəkkəbi qurumamış Ermənistan həmin sənədin ziddinə getdi,atəşkəsi pozdu.Bununla da bir daha göründü ki, Azərbaycan faşist xislətli,sivil qayda-qanunlar tanımayan,təcavüzkar bir düşmənlə mübarizə aparır.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2020-ci il 2 dekabr tarixli Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur.2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan,o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular.Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər,hərbçilər həlak oldular.Bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı.Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs,o cümlədən qadınlar və uşaqlar həlak oldular.İşğalçılıq illərində ermənilər bütün ərazilərdə evləri, tarixi abidələri, məzarlıqları,məktəbləri,digər iaşə obyektlərini dağıtmış,meşələri yandırmış,dəhşətli vəhşiliklər törətmişlər.Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır.

Vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir.Qadağan edilən silahlardan,kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir.Düşmən açıq şəkildə bəşəri dəyərlərə,humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi,Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur.Ermənistan və Azərbaycan arasında aşkar müşahidə olunan fərqlilik ölkəmizin üstünlüyünü,beynəlxalq hüquq normalarına sadiqliyini göstərir.Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalını dəstəkləməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycana rəğbəti və tərəfdaş ölkələrinin sayını artırmalıdır.Beynəlxalq ictimaiyyət ikili standartlar siyasətindən əl çəkməli,sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan,milli şovinizmi təbliğ edən Ermənistan arasında seçim etməlidir.
            
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı,bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi,Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı,xalqın inamını özünə qaytardı.Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək,hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək,yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Erməni barbarlığı erməni faşizminin simasıdır!

Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. Ən yaxın tarixi cinayətləri desək 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş, 2017-ci ildə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirmələrinədək,hətta bu tarixlərdən sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır.İrəvanın istər birinci,istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada pislənilməkdədir.Ermənilərin Azərbaycanlılara qarşı illərlə törədikləri hərbi cinayətləri sadalamaqla bitməz.Hərbi cinayətlərdən danışarkən bildirək ki, mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil,milli-mənəvi sərvətlərimizə,musiqimizə,ədəbiyyatımıza,tarixi abidələrimizə göz dikərək,mənimsəmək,özününküləşdirmək istəmişlər.
          
Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir.Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi,mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb,həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib.44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik.Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.
          
Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.Bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri,o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun,Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında demişdi ki,Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib.Lakin o vaxt informasiya mühiti fərqli idi.Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə,bu,beynəlxalq ictimaiyyətə çatdırılmayıb.Beləliklə,onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər.Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi.Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu.Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın,hərbi cinayətkarlığın ən böyük göstəricisidir.
          
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin informasiya cəbhəsində fəaliyyəti də müharibədə şanlı qələbəmizin təmin olunmasında öz rolunu oynadı.Biz müharibə dövründə dövlətimizin başçısına necə böyük təzyiqlər göstərildiyinin şahidi olurduq.Ancaq O,geri çəkilmirdi,bütün təzyiqləri dəf edir və xalqımıza daim qələbə soraqları çatdırırdı.İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu.Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğalçı Ermənistan ordusu məhv edildi,mənfur düşmən döyüş meydanında layiqincə cəzalandırdı,5 şəhər,4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi.Çox sayda tank,artilleriya qurğuları,raket sistemləri,canlı qüvvə məhv edildi, hərbi texnika,silah-sursat ələ keçirildi.Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı,Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

Bu gün xalqımız Ali Baş Komandanına,müzəffər Ordumuza güvənir.Azərbaycan xalqı tam olaraq hər zaman olduğu kimi öz  prezidentinə  arxalanır.Onunla qürur duyur !

Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır.Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir.Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.Atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir.Erməni hərbçilərin hədəfi mülki əhalidir.Qeyd olunan amil sadəcə təxribat deyil,hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.
            
Rəsmi İrəvan hərbi cinayətkardır.Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir.Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub,300-dən çox adam yaralanıb.Budur,erməni faşizminin siması.Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır.Son 200 ilin tarixini,Qafqazın tarixini izləsək,Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini,onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik.Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər.

Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin,tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına,o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını,öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu.Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir.Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu  sırasındadır. Bununda əsas səbəbkarı Heydər Əliyev irsini layiqincə davam ettirən  Ali Baş Komandan İlham Əliyevdir !

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına.
Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü