16 dekabr 2022 18:53
436

Sinişa Mixayloviç vəfat edib FOTO

Serbiya yığmasının sabiq futbolçusu Sinişa Mixayloviç vəfat edib.

“İki sahil” “Sport-Ekspress”ə istinadla xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mixayloviçə 2019-cu ildə leykemiya diaqnozu qoyulub. O, müalicə olunduğu müddət ərzində məşqçilik karyerasını davam etdirib.

Mixayloviç “Srvena Zvezda”, “Latsio” kimi klubların heyətində çıxış edib. O, karyerasını 2006-cı ildə “İnter”in heyətində başa vurub.

Mixayloviç “Fiorentina”, “Sampdoriya” klublarının baş məşqçi postunda çalışıb. Bu ilin sentyabr ayının əvvəlində isə üç mövsüm çalışdırdığı “Bolonya” klubundan ayrılıb.