Bu gün Kayseridə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçirilir.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edir.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi