28 dekabr 2022 11:35
393

Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.