17 iyul 2025 11:25
123

Balaxanı neftçiləri “Neftlə yazılan mətbuat tariximiz”ə virtual səyahətə dəvət edir - VİDEO

“Balakhani Operating Company LTD” Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibəti ilə qısametrajlı çarx yayıb.

“İki sahil” xəbər verir ki,  burada “Əkinçi” dövrü mətbuatının neft başlıqlarına nəzər yetirilir. Süni zəkanın da istifadə edildiyi çarxda izləyicilər 19-cu əsrin sonu 20-ci əsrin əvvələrindəki hasilat mənzərəsini virtual seyr edə bilirlər.

Şirkət prezidenti Rövşən Rzayevin sözlərinə görə, 150 il əvvəllə indiki dövrümüzü müqayisə etsək, görərik ki, mətbuat mövzuları təkrarlanır- medianı maraqlandıran neftin özündən daha çox, onun gətirdiyi dəyişikliklərdir: “Hətta Balaxanı mədənlərini tarixən idarə edən Nobel ailəsi, əgər dünya elminin ən nüfuzlu mükafatı- Nobel mükafatını təsis etməsəydi yəqin ki, adı minlərlə digər sənayeçilər kimi səssiz tarixə qovuşardı. Və yaxud Hacı Zeynalabdin Tağıyev – kimsə onun və onun neft milyonçusu müasirlərinin rəqəmlə nə qədər neft hasil etdiyi, hara satdığını xatırlamır. Lakin bu neft gəlirləri hesabına Azərbaycan xalqını necə ucaltdığını daim xatırlayır. “Balakhani Operating Company” olaraq biz də, ümid edirik ki, mətbuat və tarix bizi Azərbaycan cəmiyyətinə işimizlə gətirdiyimiz müsbət dəyişikliklərlə xatırlayacaq.”