27 yanvar 2023 15:34
288

Kriştiano Ronaldo gözlənilməz şüarla üzləşdi

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal oyununda Kriştiano Ronaldo gözlənilməz şüarla üzləşib.

“İki sahil” xəbər verir ki, "Əl-Nəsr"ın hücumçusuna "Əl-İttihad"la matçda rəqib azarkeşlər süpriz ediblər. Portuqaliyalı meydanda topa hər toxunuş etdikcə həmin fanatlar "Messi" şüarı səsləndiriblər.

Qeyd edək ki, görüş "Əl-İttihad"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "Əl-İttihad" finala yüksəlib. Onlar həlledici oyunda "Əl-Feyha" ilə qarşılaşacaqlar.