03 fevral 2023 14:26
257

ABŞ-dan Ukraynada sülh müqabilində ərazi güzəştləri barədə təklif almamışıq - Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynadan sülh müqabilində ərazi güzəştlərini nəzərdə tutan plan təklif etdiyinə dair məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki,  Peskov bu məlumatı şayiə adlandırıb.

Kremlin sözçüsü Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün təklifi Moskvaya ötürməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib və bu məlumatı yalan adlandırıb.