03 fevral 2023 18:19
296

"Yuventus" Poqbanı satır

"Yuventus" yarımmüdafiəçisi Pol Poqba ilə yolları ayırmağı planlaşdırır.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi fransalı futbolçunu satmağı və ya müqaviləsinə xitam verməyi düşünür.

Qeyd edək ki, Poqba 2022-ci ilin yayında "Manşester Yunayted"dən "Yuventus"a keçib. O, ciddi zədə səbəbindən rəsmi oyuna çıxa bilməyib.