Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına qatılıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, bu gün start götürəcək mundial mayın 15-də başa çatacaq.