Bu gün Azərbaycan 2-ci liqasında 25-ci turun oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, 7 matçın hamısı eyni gündə oynanılacaq və saat 17:00-da başlayacaq.
"Şəki Siti" "Araz-Saatlı" ilə, "Ağdaş" "Dinamo" ilə, "Göygöl" "Kür-Araz"la, "Lerik" "Şəmkir"lə qarşılaşacaq.
Lider "Şahdağ Qusar" "Qusar"la üz-üzə gələcək. 2-ci yerdəki "Şəfa" "Füzuli"nin qonağı olacaq. 3-cü pillədəki "Şimal" isə "Haypers Quba"nı sınağa çəkəcək.
Qeyd edək ki, artıq "Şahdağ Qusar" və "Şəfa" növbəti mövsüm üçün 1-ci liqaya vəsiqəni təmin ediblər.
2-ci liqa,
25-ci tur
13 may (çərşənbə axşamı)
17:00. “Füzuli” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASK Arena”
17:00. “Şahdağ Qusar” – “Qusar”
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Neftçi Futbol Mərkəzi, (IV meydança)
17:00. “Ağdaş” – “Dinamo”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov
Ağdaş şəhər stadionu
17:00. “Göygöl” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov
Göygöl OİK stadionu
17:00. “Haypers Quba” – “Şimal”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov
Quba OİK stadionu
17:00. “Şəki Siti” – “Araz Saatlı”
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov
Şəki şəhər stadionu
17:00. “Lerik” – “Şəmkir"
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov
Lənkəran OİK stadionu