Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.
“İki sahil” xəbər verir ki, zərbənin gücündən işçiləri daşıyan mikroavtobus aşıb.
Nəqliyyat vasitələrinin toqquşması nəticəsində 9 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.