08 mart 2023 12:33
328

Ana adına ehtiram bayramı

Cəmiyyət müxtəlif peşələrin birgə fəaliyyəti ilə dövlətçiliyə xidmət deməkdir. Min illərdi belə olub. İndi də belədir.

Qadınların cəmiyyətin inkişafında, formalaşmasında xidmətləri danılmazdır. Bərdə hökm­da­rı Nüşabə fateh İsgəndəri kəskin düşüncəsi, güclü məntiqi, dövlətinə sonsuz sədaqəti ilə sus­durmuş, hərbi əməliyyat aparmasının qarşısını almışdı. Hələ Ağqoyunlular dövründə Uzun Hə­sənin anası Sara xatun yüksək diplomatik təxəyyülü ilə dövləti labüd işğaldan xilas etmişdi. Son­­ralar neşə-neçə qəhrəman qadın el üçün, xalq üçün silaha sarılmışdı. Böyük Vətən mühari­bəsində yüzlərlə azərbaycanlı qız döyüşən orduda xidmət etmişdi, yüksək dövlət mükafatlarına layiq gö­rül­müşdü...

Qadın həkimdir, qadın müəllimdir, qadın məmurdur, qadın dövlət xadimidir, ən başlıcası qa­dın Anadır. O, Ana olaraq ali vəzifələr yerinə yetirir, cəmiyyət üçün layiqli vətəndaşlar tərbi­yə edir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində rəşadətlə dö­yüşənlərimiz Vətən qarşısında borcunu yerinə yetiridi. Bu borcu yerinə yetirənlər üçün bir mü­qəddəs niyyət olub: Ana dediyimiz Vətənin torpaqlarını işğaldan azad etmək. İkinci Qara­bağ müharibəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko­man­dan cənab İlham Əliyevin sərkərdəliyi ilə döyüşləri Zəfərlə başa çatdırdı.

Azərbaycan qalib dövlət kimi işğalın nəticələrini aradan qaldırır. Analar Azərbaycan döv­lə­tinin daxili siyasətini, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ana tövsiyələrini yük­sək mənəvi məsuliyyətlə yerinə yetirir, övladlarını bu ruhda böyüdür, hərbi xidmətə bu ruhda yola salır. Bunun nəticəsidir ki, onlar Vətəni qətiyyətlə qoruyurlar...

Müəllim – qadın, həkim – qadın, alim – qadın, jurnalist – qadın, hərbçi – qadın, ... Azər­bay­can qa­­dınıdır. Harda işləməsindən asılı olmayaraq Azərbaycanı təmsil edir. Həm də böyük sevgilərlə təmsil edir...

8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu bayramı Azərbaycan cəmiyyəti qadınlara ehti­ram bayramı kimi qeyd edir. Bu ehtiram Ana adına, deməli, Vətənə ehtiramdır. Bayramınız mü­ba­rək, əziz qadınlar! Hər birinizə can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram!

Səbinə Xasayeva,

Milli Məclisin deputatı