20 mart 2023 17:00
311

Mahir Emreli bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək

Türkiyə "Konyaspor"u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

"İki sahil"in  məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib. Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.