07 aprel 2023 14:12
452

İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ili tamam olur

İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ili tamam olur.

“İki sahil” xəbər verir ki, ildönümü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyi "Twitter" hesabında paylaşım edib.

"Aprelin 7-də İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 31 il keçir. Bu illər ərzində xalqlarımız çoxillik dostluq münasibətlərini möhkəmləndirib və hər iki ölkə strateji tərəfdaşlığın yüksək səviyyəsinə nail olub", - paylaşımda deyilir.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da bu münasibətlə "Twitter" hesabında paylaşım edib.

“31 il əvvəl, aprelin 7-də Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik əlaqələr qurulub. Xalqlarımız arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - səfir qeyd edib.