Azərbaycan Gürcüstanın sadəcə dostu deyil, həm də mühüm strateji tərəfdaşıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycana səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə Qəbələdə keçirdiyi ikitərəfli görüşdən sonra mətbuata birgə açıqlamasında bildirib:
“Azərbaycan sadəcə dostumuz və tərəfdaşımız deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik. Bu layihələr xalqlarımızı və ölkələrimizi daha da birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonra da bu belə olacaq”.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir