“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür”.
“İki sahil” xəbər verir ki, Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu barədə özünün "Twitter" səhifəsində paylaşım edib.
“130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb”, - deyə XİN sözçüsü qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir