08 aprel 2023 20:53
977

Azərbaycan ilə İran arasında mövcud olan layihələrin taleyi necə olacaq?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıqlarını ifadə ediblər.

“İki sahil” xəbər verir ki, tərəflər arasında reallaşan telefon danışığı zamanı C.Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.