08 aprel 2023 21:02
466

Ceyhun Bayramov: Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılması vacibdir

Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılması vacibdir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı deyib.