10 aprel 2023 14:13
430

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.

Nazirlər Kabinetindən "İki sahil"ə verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, qarşılıqlı fəaliyyətin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolu qeyd edilib.