10 aprel 2023 16:26
367

Tokayev: Qazaxıstan və Azərbaycanın ortaq məqsədləri var

Siz iki ölkə arasında əməkdaşlığı daha da gücləndirməyə hazırsınız. Mən bunu tam dəstəkləyirəm.

“İki sahil”  Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Qazaxıstan və Azərbaycan xalqları qədim zamanlardan möhkəm dostluğa malik qardaş xalqlardır. Bizim adət-ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz oxşardır. Ən əsası odur ki, tarixi kökləri olan ölkələrimizin məqsəd və idealları ortaqdır. Ona görə də bugünkü səfər xüsusi əhəmiyyət kəsb edir”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.