10 aprel 2023 16:31
608

Tokayev: Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq

Azərbaycan Prezidentinin hazırkı səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

“İki sahil” Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik.

Həmçinin, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik.

İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”, - Tokayev qeyd edib.