10 aprel 2023 17:54
290

Kasım-Jomart Tokayev: Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir

Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.