10 aprel 2023 18:42
308

Türkiyə Azərbaycanla Ermənistanı hərtərəfli sülh sazişini imzalamağa təşviq edir - Çavuşoğlu

Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar prosesi bizim üçün çox vacibdir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə tərəfləri hərtərəfli sülh sazişini imzalamağa təşviq edir.