11 aprel 2023 11:43
441

Parlament “Elektroenergetika haqqında” yeni qanun layihəsini qəbul edib

Bu gün Milli Məclisin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.