11 aprel 2023 11:54
401

Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunmasına dair layihə qəbul olunub

Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini üçüncü oxunuşda təsdiqləyib.

“İki sahil” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.