11 aprel 2023 00:00
165

Əli Həsənov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.