12 aprel 2023 12:10
420

Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin təkbətək görüşü başa çatıb- YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında təkbətək görüş başa çatıb. 

“İki sahil” xəbər verir ki, hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir. 

Müzakirələr başa çatandan sonra C.Bayramovla B.Osmaninin birgə mətbuat konfransı olacaq.