12 aprel 2023 16:22
342

Mariya Zaxarova: Moskva Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların əleyhinə deyil

"Moskva Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların əleyhinə deyil".

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, tərəflərin ən çətin durumlarda razılığa gələ bilmələri çox yaxşıdır.

M.Zaxarova, həmçinin Rusiyanın proseslərə yardım etməyə hazır olduğunu xatırladıb.