“39 siyasi partiya maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri müavini Rövzət Qasımov MSK-nin bu gün keçirilən iclasında deyib.
Qurum rəsmisi qeyd edib ki, bu partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatlarını təqdim edib:
“20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.