12 aprel 2023 17:49
469

Ermənistan XİN rəhbəri: Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırıq

“Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır”.

İki sahil “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

"Birbaşa təmasların dayandırılmasına baxmayaraq, danışıqlar prosesi heç vaxt dayanmayıb. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar", - nazir bildirib.