13 aprel 2023 17:36
437

İlham Əliyev: Sarayevo və Bakı qardaş şəhərlər sayılır

"Sarayevo və Bakı qardaş şəhərlər sayılır".

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə mətbuata bəyanatında deyib.

"Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq",- Azərbaycan Prezidenti bildirib.